Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şols bildirib ki, hazırda Ukrayanya dəstək və Rusiyaya qarşı sanksiyaların alternativi yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə fikirlərini Almaniya kansleri ARD televiziyasına müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, bir çox alman vətəndaşı Berlinin Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları ilə razı deyil, lakin onun fikrincə, belə kursun alternativi yoxdur: "Mən həmişə ehtiyatlı olmağı və dinc inkişaf üçün bütün imkanlardan istifadə etməyi müdafiə etmişəm, bu, Ukraynanın təslim olması demək deyil".
Şols İsveçrədəki konfransı misal çəkərək "biz gördük ki, nəyəsə nail ola bilərik" deyib.
Eyni zamanda kansler Rusiyanın “xəritələri dəyişdirməyə çalışdığını” vurğulamaqla, Ukraynaya dəstəyi nəzərdə tutaraq “biz bunu davam etdirməliyik” deyib.
Qeyd edək ki, iyunun 20-də Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. İndi o, Aİ Şurası tərəfindən nazirlər səviyyəsində qəbul edilməlidir, bundan sonra dərc olunacaq və qüvvəyə minəcək. Avropa Komissiyası onu simvolik olaraq Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlar başlamazdan əvvəl qüvvəyə mindirməyə çalışır.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ