Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin fikrincə Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ərazisindəki obyektlərə zərbələr endirilməsi tamamilə qanuni sayılmalıdır, amma bir şərtlə ki, bu zərbələr mütənasib olsun.
Hazırda söhbət Ukraynaya ABŞ və başqa Qərb ölkələri tərəfindən verilmiş silahlardan gedir.
Borrel bu barədə Avropa İttifaqı müdafiə nazirlərinin görüşünə yekun olaraq danışıb:
"Biz habelə Rusiya ərazisindəki hərbi obyektlərə Qərb silahları ilə zərbələr endirilməsi məhdudiyyətinin qaldırılması mümkünlüyünü müzakirə etdik. Əgər zərbələr mütənasib şəkildə endirilərsə, bu, beynəlxalq hüquq baxımından tamamilə qanunidir”.
Diplomatın sözlərinə görə artıq bir sıra ölkələr onların silahlarından Rusiya ərazisinə zərbələr endirilməsi qadağanının ləğv olunmasına hazır olduqlarını bildiriblər, qalanları isə bu məsələni müzakirə edirlər.
Borrel Ukraynaya belə bir icazənin verilməsinə neçə ölkənin hazır olduğunu deməyib.
Tərəfdarlar və əleyhdarlar
Öz növbəsində Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ukraynaya onun ərazisinə raket atılan Rusiya bazalarının neytrallaşdırılması imkanı verilməlidir.
Bundan əvvəl Qərb ölkələrinə onların Ukraynaya dəstəyini məhdudlaşdıran mövqedən çəkilmələrinə çağırışla Polşanın xarici işlər naziri Radoslav Sikorski müraciət etmişdi.
Bu məhdudidyyətlərin aradan qaldırılmasını habelə NATO-nun baş katibi Yens Stoltenberq, Latviya prezidenti Edqar Rinkeviç, Niderlandın müdafiə naziri Kaysa Ollonqren, Çexiyanın baş naziri Petr Fiala dəstəkləmişdilər.
Amma Almaniya kansleri deyib ki, hələlik bu qadağanın qaldırılması üçün səbəb görmür.
Qadağanın ləğvinə qarşı habelə İtaliya və İspaniya çıxış ediblər.
ABŞ administrasiyası hələlik bu məsələ ilə bağlı birmənalı mövqe bəyan etməyib.
Dövlət katibi Antoni Blinken Kiyevə səfərinin ardınca demişdi ki, Ukraynaya Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirilməsini tövsiyə retmir, amma Kiyev müharibəni necə aparacağına dair özü qərar verməlidir.//AzadlıqRadiosu
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ