Onlayn ictimai-siyasi qəzet
Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisi AFP-yə bildirib ki, minlərlə Ukrayna əsgərinin Rusiyanın Kursk bölgəsinə qarşı hücumda iştirak etməsinin məqsədi Rusiyanın planlarını pozmaq və onun cəbhədəki üstünlüyünün əlindən alınmasıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya hərbçiləri daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatda 1000-ə yaxın əsgərin iştirak etdiyini bildirsə də, xarici agentliklər onların sayının daha çox olduğunu xəbər edib. Gələn məlumatlara əsasən, Kursk vilayətinin bir hissəsinin ələ keçirilməsi ukraynalılar arasında əhval-ruhiyyəni xeyli yüksəldib.
“Bu əməliyyat göstərdi ki, biz hücuma keçə və irəli gedə bilərik”,-deyə ukraynalı dövlət rəsmisi AFP agentliyinə müsahibəsində deyib. Agentliyin həmsöhbəti Ukraynanın Rusiyaya müdaxiləsi zamanı “beynəlxalq humanitar hüquqa ciddi əməl edəcəyini” və heç bir ərazini ilhaq etməyi planlaşdırmadığını vurğulayıb.
Bununla belə, Ukraynanın Rusiya ərazisinə daxil olması, Rusiyanın Ukraynanın şərqindəki hücumunu zəiflətməyib. Agentliyin həmsöhbətinin etirafına görə ruslar Ukraynanın şərqindəki mövqelərdən qoşunlarını çıxarmır, lakin Rusiyanın hücumlarının intensivliyi bir qədər azalıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ