İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın birinci xanımı Zelenskinin məktubunu Çin iderinə verəcək

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Çin Xalq Respublikasının Sədri Si Cinpinə Volodimir Zelenskinin məktubunu çatdıracaq. Orada Ukrayna dövlət başçısı Rusiya ilə müharibənin dayandırılması ilə bağlı təkliflərini yazıb.

Bu barədə “Report” “Sky News”a istinadən xəbər verir.

Y. Zelenskaya bildirib ki, o, Çinin baş nazirinin müavini Liu Heyə Ukrayna liderinin məktubunu Çin Xalq Respublikasının Sədrinə çatdırması üçün təqdim etməyi planlaşdırır.

O, əlavə edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və İsveçrə prezidenti Alain Berset üçün də məktubları var.

“Bu gün mən forumun bu hissəsində iştirak edən həmkarlarıma Ukrayna Prezidentinin düstur məktublarını çatdıracağam. Sülhü qaytaran birlikdir. Dünya bütün Ukrayna şəhərlərinin yandırılmasını dayandıra bilmirsə, iqlim neytrallığına necə nail olmağı gözləyir?”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR