Onlayn ictimai-siyasi qəzet
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını medalını qazanıb.
"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə həmyerlimiz finalda iranlı Səid Esmaili Leyvesi ilə qarşılaşıb.
Rəqibinə sonuncu xal prinsipinə (5:5) əsasən uduzan Pərviz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu, Nəsibovun olimpiadalar tarixində ikinci mükafatı olub. O, daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ