İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukraynanı Əfqanıstana çevirmək istəyirlər" - Lavrov

“Qərb Ukraynada ikinci Əfqanıstan yaratmağa cəhd göstərir”. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşdə deyib.

"Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi Əfqanıstanı Ukrayna ilə əvəz etməyə çalışırlar. Biz hamımız söhbətin nədən getdiyini başa düşürük", - nazir əlavə edib.

Xatırladaq ki, Rusiya və Pakistanın xarici işlər nazirlərinin görüşü Çində Əfqanıstana qonşu olan dövlətlərinin xarici işlər nazirlərinin üçüncü konfransı çərçivəsində baş tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR