İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı  hərbçilərin Quranı təhqir etməsi videosu…  

 

Ramzan Kadırov onların öldürənlərə pul mükafatı vəd etdi, Türkiyədən də etiraz var   

Ukrayna sosial şəbəkələrində Quranın təhqir edilməsi ilə bağlı yayılmış video ciddi narazılıq doğurub. Rusiya mediasının xəbərində deyilir ki, videroliklər Ukrayna əsgərlərinin səngərində çəkilib. “Onlar nəinki ölkə daxilində əsl dini müharibə aparırlar, hətta indi İslam dünyası ilə münasibətləri korlamaq qərarına gəliblər” deyə, “Rossiyskaya qazeta” yazır.  Nəşrin xəbərində deyilir ki, Quranın təhqir edilməsi ilə bağlı  Ukrayna blogosferində bu barədə bir neçə video yayılıb. Həmin videoların birində  ukraynalılar Quranı cırıb vərəqləri ilə sobanı yandırdığı, digər tərəfdən isə bir hərbçi müqəddəs kitabın vərəqlərinə donuz piyi(sala) çəkir.  

 Nəşr yazır ki, bu cür aşkar təxribatın səbəbi məlumdur. “Təxribatın məqsədi bəllidir. Xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya müsəlmanları "Ukrayna düşmənləri" elan edilir. Ancaq bu açıq-aşkar “şücaət” ağıllı gediş deyil” deyə, bildirilir. 

Çeçenistan rəhbəri Ramzan Kadırov yayılmış videolara sərt reaksiya verib, onları  “ukraynalı şər ruhlar”ın əməli adlandırıb. R.Kadırov onları qınamaqla bərabər, videolarda Quranı təhqir edənlərin “aradan qaldırılmasına” görə mükafat elan edib. "Bu nə vaxt baş versə - bu gün, sabah, bir ildən sonra onu pul mükafatı gözləyəcək. Və bunu kimin etməsindən asılı olmayaraq pul mükafatını bir nəfər yox, bütün taqım alacaq” deyə, Çeçenistan lideri bildirib.  Kadırov videodakılara da müraciət edib: “Sən, ey üzünü gizlədən qorxaq, bil ki, cəzan hər an, hər yerdə, harada gizlənsən sənin üçün gələcək. Sənin dovşan ruhun daha dinclik bilməyəcək”,- deyə Kadırov “Telegram” kanalında yazıb.

Ukraynalı hərbçilərin bu təhqiramiz hərəkəti müsəlman dünyasından da geniş rezonans doğurub.   Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili İbrahim Aydın bunun bütün İslama qarşı təxribat olduğunu bildirib. "Prezidentimizin siyasəti, gördüyünüz kimi, bu münaqişənin həllinə yönəlib. Mən sosial şəbəkələrə ciddi platforma kimi baxmıram, amma həqiqətən də belə bir hal baş verirsə, bu, İsveçdəkinə bənzər təxribatdır" deyə,  türkiyəli siyasətçi bildirib.

Yada salaq ki, ilin əvvəlində Hollandiyadakı “Pegida” təşkilatının lideri Edvin Vaqensveld əvvəlcə Qurani-Kərimi cırıb, sonra isə yandırıb.  Vagensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb. Kadrlarda Vaqensveldin Quranın vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.Bundan sonar ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırması ciddi etirazlara səbəb olmuşdu. 

 

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR