İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı diplomat: “Kiyev Gürcüstandan “Buk” hava hücumundan müdafiə sistemini pulsuz istəməyib”  


“Kiyev Gürcüstana hərbi texnikanın ötürülməsi ilə bağlı 30 rəsmi sorğu göndərib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Gürcüstanın “Palitranews” telekanalının efirində Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Gürcüstandan pulsuz “Buk” ZRK istəməyib və indi də hava hücumundan müdafiə sistemi almağa hazırdır.

“Vurğulamaq istəyirəm ki, Ukrayna artıq Gürcüstanın Müdafiə Nazirliyinə sonuncu sorğunu 2023-cü ilin yanvarın 12-də təqdim edib. Bütün bu müraciətlər cavabsız qalıb”, - deyə Kasyanov bildirib.

Onun sözlərinə görə, Ukrayna Gürcüstandan “qarşılıqlı faydalı şərtlərlə” “Buk” almağa hazırdır.
Xatırladaq ki, Gürcüstanda Qaribaşvili hökuməti israrla Ukraynaya hər hansı şəkildə dəstək verilməsinə qarşı çıxır. Rəsmi Tiflisin fikrincə, bu Gürcüstanın Ukraynanın tərəfindən müharibəyə qoşulması anlamına gələcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR