İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan təyyarəmizlə bağlı sensasion iddia

Dekabrın 25-də Azərbaycandan Rusiyaya uçan və Qazaxıstanda qəzaya uğrayan Embraer 190 sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Musavat.com bildirir ki, belə bir sensasion iddia ilə Telegram-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CPD) rəhbəri Andrey Kovalenko çıxış edib. “Bu gün (dünən-M.) səhər saatlarında Azərbaycan aviaşirkətinin Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi (havadan müdafiə üçün istifadə edilən zenit-raket kompleksi – Rusiya Qroznı hava məkanını bağlamalı idi, amma etmədi) tərəfindən vurulub”, – o yazıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Əməliyyat Əməliyyatları Mərkəzinin rəhbərinin sözlərinə görə, “təyyarə ruslar tərəfindən zədələnib və Qazaxıstana göndərilib”. Kovalenko hesab edir ki, ruslar təyyarənin Çeçenistanın paytaxtı Qroznıda enməsinə şərait yaratmalı və insanların həyatını xilas etməli idilər”.

“Bir sözlə - raşka"- o, sonda bildirib.

 

Musavat.com

f603884e-6cdc-44c3-8b74-0d7a78cb2868.jpg (74 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR