İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Donetsklə bağlı xoş xəbər

Ukrayna ordusu Donetsk vilayətinin təxminən 45 faizinə nəzarət edir. Həmin ərazidə 350 mindən çox insan yaşayır.

Musavat.com xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb.

"İşğalın başladığı fevral ayının 24-nə qədər olan müddətdə Ukrayna hakimiyyətinin Donetsk vilayətində nəzarət etdiyi ərazidə 1 milyon 670 min nəfər yaşayırdı. 6 ay ərzində isə ölkənin ən sıx məskunlaşdığı torpaqlardan əhalinin çoxu evakuasiya edilib", - deyə Kirilenko bildirib.

Onun sözlərinə görə, Donetskin bütün şəhərləri hər gün atəşə tutulur, ən çətin vəziyyət cəbhəyanı yaşayış məntəqələrində yaranıb.

Kirilenko Rusiya ordusunun Avdeyevkanı yarımmühasirəyə götürməsi barədə informasiyaları təkzib edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR