İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadakı müharibəyə etiraz edən jurnalistin başına bunlar gəldi- DETALLAR  

Moskvanın Basmannı rayon məhkəməsi Birinci Kanalın keçmiş əməkdaşı Marina Ovsyannikova haqqında qiyabi həbs qərarı çıxara bilməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə öncəsi onun qızı ilə birlikdə ev dustaqlığından qaçdığı məlum olub.

Vəkilin sözlərinə görə, hakim Ovsyannikovanı “formal əsaslarla” qiyabi həbs etməyib: prokuror prosesə gəlməyib, jurnalistin özü isə hüquq-mühafizə orqanları tərəfindən məhkəmə zalına gətirilməyib.

Məhkəmə iclasına bir saat qalmış Ovsyannikova Facebook-da yazı dərc edərək, “onu ittiham edənlərin vicdanlarının oyanacağına”, "Ukraynada ölən uşaqlar barədə məlumatları “feyk” adlandırmayacaqlarına, “onu həqiqəti söylədiyi üçün təqib etməyəcəklərinə" ümid etdiyini bildirib”.

“Mən özümü tamamilə günahsız hesab edirəm və ev dustaqlığı kimi həbs qətimkan tədbirini yerinə yetirməkdən imtina edirəm və özümü bu cəzadan azad edirəm”,-deyə Ovsaynnikova yazıb.

Xatırladaq ki, 2022-ci ilin iyulunda Ovsyannikova Kremlin fonunda təkadamlıq piket keçirərək, boynuna "Putin qatildir, onun əsgərləri faşistdir" yazılmış pankart və Ukraynada öldürülən uşaqların fotoşəkillərini açmışdı. Avqust ayında ona qarşı Rusiya ordusu haqqında saxta məlumatların yayılması ilə bağlı iş açılıb və oktyabrın 9-dək ev dustaqlığına göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR