Onlayn ictimai-siyasi qəzet
İtaliya BMT-nin Yaxın Şərqdəki fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İordan çayının qərb sahilindəki fəaliyyətini maliyyələşdirmək üçün 5 milyon avro ayırıb.
İtaliyanın baş naziri Corcia Meloninin parlamentdə elan etdiyi kimi, vəsaitin bir hissəsi Suriya, Livan və İordaniyadakı fələstinli qaçqınlara dəstək üçün istifadə olunacaq.
Musavat.com-un xəbərinə görə, İtaliyanın baş naziri açıqlamasında qeyd edib ki, İtaliya terror fəaliyyəti ilə əlaqənin olmadığına tam əmin olduqdan sonra UNRWA layihələrini dəstəkləməyə hazırdır.
Xatırladaq ki, İsrail tərəfi agentliyin bir neçə əməkdaşını HƏMAS-la əlaqələrdə ittiham etdikdən sonra Roma UNRWA-ya maliyyə ayrılmasını dayandırmışdı.
Nigar Həsənli,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ