İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Qaqauz türklərinə qarşı qərəzli SANKSİYA

Avropa İttifaqı (Aİ) xristian türklərinin yaşadığı Qaqauziya Muxtar Bölgəsi liderlərinə qarşı sanksiya qərarı qəbul edib.

Oktyabrın 14-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell tərəfindən elan edilən sanksiya "Rusiyanın Moldovanı qeyri-sabitləşdirmək üçün birbaşa müdaxilələrinə töhfə verdikləri” səbəbiylə izah edilib.

Bu məsələdə Aİ rəhbərliyi, Qaqauz Muxtar Bölgəsinin rəhbəri Yevgeniya Gutul ilə birlikdə üç türk rəhbərini "Moldova Respublikasını qeyri-sabitləşdirən fəaliyyətlərdə" günahlandırır. Siyahıda olan digər üç türk rəhbər isə müxtəlif vəzifələrdə çalışan Mixail Vlah, Yuri Kuznetçov və İlya Uzundur. 

ai_4.jpg (103 KB)

Avropa İttifaqı onları "Moldovada separatçılığı təşviq etmək, bu yolla konstitusiya quruluşunu məhv etməyə çalışmaq və müstəqillik tələbi ilə çıxış etməkdə " ittiham edir.  Adları çəkilən Qaqauz liderlərinə Aİ ölkələrinə səyahət qadağası qoyulub.

Həmçinin siyahıda olan şəxs və qurumların Aİ daxilindəki əmlakları dondurulacaq, onlara birbaşa və ya dolayı yolla iqtisadi mənbələr təmin edilməsi qadağan ediləcək.

Aİ Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josef Borrell, Qaqauz türklərinin milli davalarını “Rusiyanın Moldovanın suveren və demokratik həyatına birbaşa təhlükəsi” kimi qiymətləndirib. O bildirib ki, “Avropa İttifaqı Moldovaya tam dəstək göstərməyə davam edəcək. Bu günki sanksiyalar Moldovaya olan dəstəyimizin bir hissəsidir”.

1920x1080_cmsv2_9b17eca0-7e92-50.jpg (228 KB)

Moldova sərhədləri daxilindəki Qaqauziya, təxminən 150 min əhaliyə malik bir muxtar respublikadır. Moldovanın digər şəhərləri və Rusiyada yaşayanlarla birlikdə Qaqauzların ümumi sayı 250 mindən çoxdur. Qaqauz sözünün "Göy-Oğuz"dan törədiyi güman edilir.  Türk dilinin Oğuz qrupuna aid bir dil danışan Qaqauzlar, Rusiyadan başqa Türkiyə ilə də yaxın əlaqələrə malik Qaqauzlar, Pravoslav Xristian inancına sahibdirlər.

2-ci Dünya Müharibəsinin əvvəlində Qaqauz vətənini Moldova və Ukrayna respublikaları arasında bölüşdürüb. Sovetlər dağıldıqdan sonra Moldova müstəqilliyini elan etdi. Bunun üzərinə ölkədə milliyyətçiliyin yüksəlməsi ilə birlikdə Qaqauzlar da muxtariyyət tələblərini daha yüksək səslə dilə gətirməyə başladı. 1994-cü ildə keçirilən referendumdan sonra qəbul edilən qanunla Moldova daxilindəki Qaqauz muxtar bölgəsi elan edildi. Bu qanuna görə, moldovalılar Rumıniya ilə birləşsələr, Qaqauzlar müstəqilliyini elan edə bilərələr.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR