Onlayn ictimai-siyasi qəzet
Bakıda universitet professoruna qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.
Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Universitetinin professoru, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədridir.//Oxu.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ