Onlayn ictimai-siyasi qəzet
İki ildən sonra "Neftçi"yə qayıdan Samir Abasovun köhnə-yeni iş yerində nə qədər pul qazanacağı bilinib.
Dünən 2 illik müqaviləyə imza atan mütəxəssis ilk mövsümündə 200 min manat əldə edəcək.
Yeni sezonda isə bu məbləğ daha 100 min manat artacaq.
Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayınadək "ağ-qaralar"ı çalışdırıb. O, 2021-ci ildə paytaxt təmsilçisini ölkə çempionu edib, daha sonra Premyer Liqanın gümüş medallarını qazandırıb.
Mütəxəssisin axırıncı iş yeri "Sumqayıt"dır.
2022-ci ilin oktyabrında "gənclik şəhəri" təmsilçisinin sükanı arxasına keçən çalışdırıcı ötən gün müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. (sportinfo.az)
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ