İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukraynada torpaqların 30 %-dən çoxu əkilməyəcək" - BMT

Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən bu il kənd təsərrüfatına yararlı torpaqların 30%-dən çoxu taxıl əkmək üçün yararlı olmayacaq. AzVision.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin bəyanatında yer alıb.

Qeyd edilir ki, torpaqların bu hala düşməsinə əsas səbəb aktiv döyüş əməliyyatlarının davam etməsi, eləcə də tarlalarda qalan çoxlu sayda mina və digər sursatlardır.

"Təsərrüfat torpaqlarının 30%-dən çoxu buğda, arpa, günəbaxan və qarğıdalı üçün istifadə edilməyəcək. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər. Çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı məhz Ukrayna və Rusiyanın ixracından asılıdır", - hesabatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR