İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada QƏZA: həlak olan pilot və sərnişinlərin adları açıqlandı

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində həlak olan ekipajın və sərnişinlərin bir hissəsinin adları açıqlanıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Helikopter qəzası nəticəsində daxili işlər naziri (Denis Monastırski), onun müavini (Yevgeni Yenin) və dövlət katibindən (Yuri Lubkoviç) başqa, Daxili İşlər Nazirliyinin Patronaj Xidmətinin rəis müavini Tatyana Şutyak, Milli Polisin Daxili təhlükəsizlik idarəsinin əməkdaşı polkovnik-leytenant Mixail Pavluşko, Daxili İşlər Nazirliyinin Rabitə idarəsinin aparıcı inspektoru Nikolay Anatski də həlak olublar. Bundan əlavə, helikopterin bütün ekipajı qəzada həyatlarını itirib. Bunlar təyyarə komandiri - helikopterlərdə xüsusi təyinatlı aviasiya eskadrilyasının təlimatçısı Aleksandr Vasilenko, helikopterlərdə xüsusi təyinatlı aviasiya eskadrilyasının pilotu Konstantin Kovalenko, Mülki Mühafizə Xidmətinin giziri İvan Kasyanovdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR