İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxılıb

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına, həmyerlimiz bu gün axşam saatlarında onu aparan adamlar tərəfindən sərbəst buraxılıb.

V.Osmanovun kimlər tərəfindən aparılıb buraxılması ilə bağlı hələ ki dəqiq məlumat yoxdur.

Qeyd edək ki, aprelin 16-da V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən naməlum avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Ondan sonra onunla heç bir əlaqə yox idi. Yerli polis dərhal rəsmi axtarışa başlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

01 May 2025

BÜTÜN XƏBƏRLƏR