Onlayn ictimai-siyasi qəzet
Avropada işçilərin ən uzun iş həftəsi Türkiyə, Monteneqro və Serbiyadadır.
Musavat.com xəbər verir ki, məlumat "Eurostat"ın hesabatında yer alıb.
2025-ci ilin ikinci rübünün nəticələrinə görə, türklər Avropada həftədə ən çox – 44,1 saat işləyirlər. Monteneqrolular (43,1 saat), serblər (41,8 saat), bosniyalılar (41,3 saat), yunanlar (41 saat), polyaklar (40,1 saat) və rumınlar (40 saat) da ən çox işləyənlər sırasındadır.
Bu ilin ikinci rübündə həftədə orta hesabla 38,2 saat işləyən ruslar siyahının ortasında, 23-cü yerdə qərarlaşıb. Ən qısa iş həftəsi Hollandiyada (31,5 saat), Böyük Britaniyada (31,9), Danimarkada (33,7), Norveçdə (34,6), Almaniyada (34,7), İsveçrə, İrlandiya və Avstriyada (hər biri 35,8 saat) olub.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ