İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə sahillərində NAMƏLUM DRON: Gəmilərin hərəkəti DAYANDIRILDI - VİDEO

Türkiyənin Artvin əyalətinin Hopa sahillərində dəniz dronu aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Bildirilir ki, balıqçılar cihazı dəniz səthində görərək sahil mühafizəsinə məlumat veriblər.

Əyalətin valisi Turan Ergün bildirib ki, hadisə yerindən 3,5 mil (təxminən 6,5 km) radiusda gəmilərin hərəkəti qadağan edilib.

Ergünün sözlərinə görə, qurğu Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli ola bilər. Obyekt SAS-ın dəniz xüsusi təyinatlıları tərəfindən yoxlanılaraq məhv ediləcək.

Qeyd edək ki, oxşar qurğu bir həftə əvvəl, sentyabrın 29-da Trabzon sahillərində də aşkarlanmış və dənizdə partladılaraq məhv edilmişdi.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR