Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Şəbnəm Tapdıq heç vaxt toya getmədiyini açıqlayıb.
Bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, illər əvvəl toya gedən müğənnilərin adı AzTV-də "qara siyahı"ya salınırdı:
"Mən heç vaxt toya getməmişəm. Bizim dövrdə təkcə AzTV 1 kanalı var idi. O vaxt toya gedənlərin adı "qara siyahı"ya düşürdü. Bizi məclislərə getməyə qoymurdular. Mənə demişdilər ki, toya getdin, işlərimizi pozdun. Çox çağırırdılar, amma mən toya getməmişdim. İndi də çağırırlar, amma öz yerimə başqasını göndərirəm. Ona verilən məbləğin bir hissəsini mənə verirlər". (Axşam.az)
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ