Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron bu gün axşam xüsusi açıqlama ilə çıxış etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı "Le Figaro" mənbəyə istinadən yayıb.
Qəzetin yazdığına görə, bəyanat Makronun hazırkı hökumət böhranından çıxış yolu ilə bağlı siyasi partiyalarla məsləhətləşmək üçün istefa verən baş nazir Sebastien Lekornuya verdiyi 48 saatlıq müddətdən sonraya təsadüf edəcək.
Qəzet Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılmasının müzakirəsinin mümkünlüyünü istisna etməyib.
Nəşrin iddiasına görə, bunu Makronun çərşənbə axşamı Senatın spikeri Gérard Larcher və Milli Assambleyanın prezidenti Yael Bron-Pivet ilə görüşləri göstərir. Bu cür məsləhətləşmələr aşağı palata buraxılmazdan əvvəl Fransa Konstitusiyasının 12-ci maddəsində nəzərdə tutulub.
Eyni zamanda, "Le Figaro"nun başqa bir mənbəsi əmin etdi ki, “bunlar tarazlıq nöqtələrinin tapılmasına yönəlmiş müzakirələrdir”.
Qeyd edək ki, 18 yerdən 13-nün əvvəlki kabinet üzvlərinə keçdiyi yeni hökumətin elan edilməsinin ertəsi günü müxalifətin tənqidləri fonunda Lekornu istefasını Makrona təqdim edib. Bazar ertəsi axşam Yelisey Sarayı elan etdi ki, Makron Lekornuya çərşənbə gününə qədər bütün siyasi qüvvələrlə “fəaliyyət platforması müəyyən etmək və ölkənin sabitliyi naminə” yeni danışıqlar aparmağı tapşırıb. Mətbuatın Fransa liderinin yaxınlarına istinadən verdiyi məlumata görə, bu danışıqlar uğursuz olarsa, o, gələcək qərarlar üçün "məsuliyyəti öz üzərinə götürəcəyini" vəd edib.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ