İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibə başlayandan bəri 416 uşaq həlak olub


Ukraynada oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, Rusiyanın başlatdığı müharibə nəticəsində 1200-dən çox uşaq zərər çəkib.

416 uşaq ölüb, 784-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.

Xəbərdə bu rəqəmlər yekun olmadığı da qeyd olunur.

Rəsmi rəqəmlərə əsasən Donetsk vilayətində - 403, Xarkov vilayətində - 249, Kiyev vilayətində - 116, Nikolayev vilayətində - 75, Çerniqov vilayətində - 68, Luqansk vilayətində - 64, Xerson vilayətində - 57, Zaporojye vilayətində - 50, Dnepropetrovsk vilayətində - 29 uşaq müxtəlif dərəcədə zərər görüb.

Qeyd edək ki, bu ilin martın 23-də Xarkov vilayətinin İzyum rayonunun atəşə tutulması nəticəsində 13-14 yaşlarında üç uşaq həlak olub.

Sentyabrın 30-da isə Donetsk vilayətində bir uşaq qəlpə yarası nəticəsində ölüb.

Xarkov vilayətində evakuasiya karvanının atəşə tutulması nəticəsində 24 nəfər həlak olub, ölənlər arasında 13 uşaq və bir hamilə qadın olub.

Həmçinin eyni ailənin üzvləri olan 4 nəfər - iki böyük və iki uşaq Dneprdə rus qoşunlarının raket hücumunun qurbanı olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR