İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada həlak olan azərbaycanlı Səid Hüseynovun cənazəsi Kiyevə yola salındı - FOTO, VİDEO

Nikolayev cəbhəsində şəhid olan soydaşımız Hüseynov Səid Vasif oğluyla bağlı məlumat vermişdik. "Yeni Müsavat" Media Qrupunun Ukrayna üzrə müxbiri Anar Natiqoğlu məlumat verir ki, Səid 26 yaşında Ukraynanın azadlığı uğrunda canını verdi: "Buradakı soydaşlarımız Səidə son borcunu vermək üçün əllərindən gələni edirlər. Hadisədən xəbər tutan kimi Nikolayevdəki qardaşımız, ümid yerimiz Zaur Ağabəyov bəylə əlaqə saxladım. Onu Səidin çiyin-çiyinə savaşdığı gürcü könüllü birləşməsinin komandiri ilə əlaqələndirdim. Məlum oldu ki, Səidin Kiyevdə qardaşı da var. Zaur bəy bütün əlaqələrindən istifadə edərək bir sutka ərzində bütün sənədləsməni və cənazənin hazırlanmasını təşkil etdi. Bu gün şəhidimizin nəşi Nikolayevdən Kiyevə yola salındı. Tanrı ruhunu şad etsin. Slava Ukraine, Qeroyam Slava!!!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR