Onlayn ictimai-siyasi qəzet
Rusiya hücumları nəticəsində Ukrayna qaz hasilatının 40%-ni itirib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, fevral və mart aylarında ölkə hasilatın azalmasını kompensasiya etmək üçün Avropadan 800 milyon kubmetrədək qaz idxal etməli olacaq.
Bundan əlavə, gələn qışa qədər Ukraynanın ən azı 13 milyard kubmetr qaz ehtiyatı toplaması tələb olunur.
Lazımi qaz həcmi ölkənin hasilat səviyyəsindən asılı olacaq. Hasilatın davamlılığı isə Rusiya raket hücumlarının intensivliyi ilə birbaşa bağlıdır.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ