İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada çevriliş cəhdi - ”Azov” Zelenskini hədələdi

Ukrayna Təhlükəsizlik Xidməti(UTX) iyunun 30-da Kiyevdə təxribatlar törətməyi, Ali Radanın binasını ələ keçirməyi və ölkənin hərbi-siyasi rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağı planlaşdıran bir qrupun saxlandığını elan edib.

“İstintaqın məlumatına görə, qruplaşmaya 2015-ci ildən anti-Ukrayna aksiyaları ilə tanınan ictimai təşkilatın həmtəsisçisi rəhbərlik edib. Ukraynanın hazırkı hərbi-siyasi rəhbərliyini hakimiyyətdən götürüb Ukrayna Ali Radasının binasını ələ keçirməyə və onun işinə mane olmağa ümid edirdilər”, - deyə UTX bildirib.

WhatsApp Image 2024-07-01 at 20.16.21 (2).jpeg (372 KB)

Musavat.com xəbər verir ki, UTX-nin məlumatına görə, təşkilatçılar bu yolla Ukraynada ictimai-siyasi vəziyyəti pozmaq niyyətində olublar, lakin onlar saxlanılıb və həbs ediliblər. Axtarışlar zamanı şübhəlilərin üzərindən silah-sursat, qeydlər və kompüter avadanlığı aşkar edilib. İndi onları əmlakı müsadirə olunmaqla on ilə qədər həbs gözləyir.

Fotolarda üzləri xüsusi proqramla örtülmüş bəzi pensiyaçılar görünür. Rusiyalı ekspertlərin təhlilinə görə, geyimlərinə və ev şəraitinə baxanda həbs edilənlərin əyalət sakinləri olduğunu demək olar. O da iddia edilir ki, Ukraynanın sosial şəbəkələrinin təhlili göstərir ki, heç kim 2-3 nəfərin çevriliş cəhdinə inanmır.

Rusiyada bundan əvvəl də bəyan ediblər ki, Qərbin Vladimir Zelenskini vəzifəsindən uzaqlaşdırmaq üçün Ukraynada çevriliş edə bilər, ola bilsin ki, onu fiziki cəhətdən məhv edib hər şeyi Rusiyanın üzərinə atsınlar.

WhatsApp Image 2024-07-01 at 20.16.21 (1).jpeg (206 KB)

Bu arada Ukraynanın “Azov” milli batalyonunun silahlıları Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyü barədə dediyi sözlərə görə hədələyirlər. Milli Qvardiyanın “Azov” 12-ci briqadasının qərargah rəisi Boqdan Kroteviç “Tavr” çağırış işarəsi ilə Zelenskini kəskin şəkildə pisləyib. Kroteviç sosial şəbəkələrdə yazıb: "Qələbə olmadan sülh yoxdur". Kroteviç bildirib ki, Ukrayna hakimiyyəti fərqli addımlar atmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR