İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada atəşkəs yaxınlaşır: Avropa 4 milyon ukraynalını geri göndərəcəkmi?

Avropa dilemması dərinləşir: 4 milyondan çox ukraynalı statusunu itirə bilər

Ukraynada atəşkəsin əldə olunması ehtimalı Avropa İttifaqında ciddi hüquqi və humanitar dilemmanı gündəmə gətirib.

Musavat.com “Euractiv” portalının məlumatına əsasən xəbər verir ki, atəşkəs razılaşmasından sonra Avropa İttifaqında müvəqqəti qoruma altında olan 4,3 milyondan çox ukraynalı qaçqın hüquqi statuslarını itirmək təhlükəsi ilə üz-üzə qala bilər.

Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğala başladıqdan sonra Aİ-nin “Müvəqqəti Qoruma Direktivi” (Temporary Protection Directive - TPD) qüvvəyə mindi. Bu hüquqi mexanizm Ukraynalılara Aİ ölkələrində yaşamaq, işləmək və sosial xidmətlərdən yararlanmaq imkanı verir. Lakin atəşkəsin əldə olunması ilə bu sistemin hüquqi qüvvəsi dayandırıla bilər.

“Euractiv” yazır ki, belə bir ssenari Aİ ölkələrini yeni seçim qarşısında qoyacaq:

• Ukraynalıların inteqrasiyasını davam etdirmək,

• onları geri qayıtmağa təşviq etmək,

• və ya müvəqqəti qoruma sistemini fərqli formatda uzatmaq.

Məsələnin əsas çətinliyi isə ondadır ki, hazırda Aİ səviyyəsində bu riskə qarşı konkret yol xəritəsi mövcud deyil.

Bu isə gələcəkdə həm hüquqi qeyri-müəyyənliklərə, həm də sosial-siyasi gərginliklərə yol aça bilər. Bir sıra ekspertlər hesab edir ki, Aİ-nin bu məsələdəki passivliyi həm Ukrayna ilə həmrəylik görüntüsünə, həm də milyonlarla qaçqının taleyinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, bəzi Aİ ölkələrində artıq ukraynalı qaçqınların uzunmüddətli inteqrasiyası ilə bağlı addımlar atılsa da, bütövlükdə Avropa üçün bu, hələ cavablandırılmamış sual olaraq qalır: atəşkəs olsa, ukraynalılar qalacaqmı, yoxsa qayıtmaq məcburiyyətində qalacaqlar?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR