Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Nazirliyinin əsas idarələrindən birinin rəisi artilleriya mərmilərinin alınması zamanı 1,5 milyard qrivna (40 milyon dollardan çox) oğurlamağa cəhd etdiyi üçün saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti Telegram kanalında məlumat yayıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs ötən il mərmilərin topdansatış partiyasının tədarükü üçün müqavilə imzalayıb və malların vasitəçilərsiz alınması imkanlarına, həmçinin eyni istehsalçı ilə daha ucuz qiymətə çatdırılma üçün alternativ müqavilənin mövcudluğuna baxmayaraq, vasitəçilər olmadan ilk müqaviləni təsdiqləyib.
Nəticədə xarici vasitəçi şirkətin hesabına 1,5 milyard qrivna köçürülüb ki, bu da birbaşa müqavilənin dəyərindən 30% çoxdur.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ