İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna yayın sonuna qədər Rusiya aktivlərindən ilk tranşı alacaq

“Ukrayna yayın sonuna kimi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin ilk tranşını alacaq”.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.

Onun sözlərinə görə, ilk növbədə diqqət bu vəsaitlərin Ukraynaya hərbi dəstək üçün istifadəsinə yönəldiləcək.

“Bu il fəaliyyətlərimiz vasitəsilə 3 milyard avroya qədər (3,21 milyard dollar) vəsaitin əldə olunacağını təxmin edirik və yay sonuna qədər 1,5 milyard avroluq ilk ödənişi etməyi gözləyirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR