İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya danışıqlara başladı: vasitəçi bu ərəb ölkəsidir - ŞOK GƏLİŞMƏ  

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna və Rusiya, Qətərin vasitəçiliyi ilə enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı danışıqlara yenidən başlayıb.

Bu danışıqlar, avqust ayında Ukraynanın Kursk vilayətinə hücumu nəticəsində kəsilmişdi. Lakin son həftələrdə, hər iki ölkənin razılaşmaları çərçivəsində qarşılıqlı enerji infrastrukturlarına hücumların sayı əhəmiyyətli dərəcədə azalıb.

Razılaşmaların əldə olunmasında əsas rol oynayan tərəf hər iki ölkənin kəşfiyyat orqanları olub. Bu addımların davamı olaraq, Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların tamamilə dayandırılması üçün müzakirələr aparılır.

Danışıqların nə ilə nəticələnəcəyi və tərəflərin tam razılığa gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Lakin bu cəhdlər regionda gərginliyi azaltmaq və enerji infrastrukturlarının qorunması üçün mühüm bir addım olaraq dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR