İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bürclərin həyatı tamamilə dəyişir - Sabah…

Bu həftəsonu ulduzlar bəzi bürclərin üzünə daha parlaq gülümsəyir. İyulun 19-u və 20-də xüsusilə sevgi, pul və şəxsi inkişaf sahəsində bir neçə bürc üçün olduqca uğurlu günlər olacaq.

Musavat.com xəbər verir ki, planetlərin yerləşməsi bəzi insanlara yeni fürsətlər, xoş görüşlər və ani qərarların müsbət nəticələrini vəd edir.

Əgər siz də bu bürclərdənsinizsə, fürsətləri qaçırmayın:

Şir

Həftəsonu Şirlərin enerjisi zirvədə olacaq. İstər romantik münasibətlərdə, istərsə də sosial çevrədə diqqət mərkəzində olmaq sizi sevindirəcək. Cazibəniz artacaq, yeni tanışlıqlar sizi daha da ruhlandıra bilər. Ulduzlar sevgi etiraflarına və ani görüşlərə açıq olmağınızı tövsiyə edir.

Oxatan

Səyahət, macəra və yeni planlar üçün əla zamandır. Oxatanlar bu həftəsonu istədikləri bir arzuya çox yaxınlaşa bilərlər. Ulduzlar sizə cəsarətli addımlar atmaq üçün yaşıl işıq yandırır. İşlə bağlı da gözlənilməz müsbət xəbər alma ehtimalınız yüksəkdir.

Xərçəng

Ayın və Veneranın harmoniyası Xərçənglərə sevgi sahəsində dəstək verir. Həssaslığınız və diqqətiniz sayəsində partnyorunuzla münasibətləriniz daha da dərinləşə bilər. Subay Xərçəngləri isə ani və romantik bir tanışlıq gözləyir.

Buğa

Maliyyə sahəsində uğurlu bir həftəsonudur. Alacağınız təkliflər və ya planlaşdırmadığınız gəlirlər sizi sevindirə bilər. Ev və rahatlıq mövzusunda da irəliləyiş var. Kiçik dəyişikliklər, alış-veriş və ailə ilə xoş anlar ruh halınızı yüksəldəcək.

Dolça

İnnovativ fikirlərinizlə fərqlənəcəyiniz bir həftəsonudur. Ətrafınızdakı insanlar sizin ideyalarınızı dəstəkləyəcək və sizi təşviq edəcək. Sosial mediada və ya ictimai platformalarda paylaşdığınız fikirlər ətrafda rezonans yarada bilər. Gözləmədiyiniz bir tanışlıq da həyatınıza rəng qata bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR