İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov və Leyla Əliyevanın övladı açdığı restoranı Azərbaycan dilində reklam etdi: “Hamınız gəlin!”

Tanınmış iş adamı və müğənni Emin Ağalarov ilə Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlarından biri artıq iş həyatına atılıb.

Musavat.com xəbər verir ki, məlum olduğu kimi, cütlüyün Əli və Mikayıl adlı iki oğlu var. Onlar bu yaxınlarda Sea Breeza kompleksində “Mytcha” adlı yeni bir restoran açıb.

Ən maraqlısı isə odur ki, gənc sahibkar Mikayıl öz restoranını Azərbaycan dilində təqdim edərək, sosial şəbəkədə qısa və səmimi çağırış edib: “Zövqlü və dadlı – hamınız gəlin!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR