İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Avropa İttifaqına qəzəbləndi: Dəstəkləmirik...

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paektinə Qucaratdakı Rusiyaya məxsus neft emalı zavodunun daxil edilməsi Hindistanı qəzəbləndirib.

Musavat.com xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Radhir Jaiswal X şəbəkəsində ölkəsinin “birtərəfli sanksiyaları” dəstəkləmədiyini yazıb: "Hindistan hökuməti enerji təhlükəsizliyini təmin etməyi öz vətəndaşlarının əsas ehtiyaclarına cavab verən ən zəruri vəzifə hesab edir. Hindistan birtərəfli sanksiyalara qoşulmur".

Xatırladaq ki, Aİ Vadinarda (Qucarat ştatı) yerləşən və ölkənin ikinci ən böyük neft emalı zavoduna, həmçinin 7 minə yaxın yanacaqdoldurma məntəqəsinə sahib olan Nayara Energy Ltd şirkətinə qarşı sanksiya tətbiq edib.

“Press Trust of India”nın məlumatına görə, şirkətin 49,13 faizi Rusiyanın “Rosneft”inə, daha 49,13 faizii isə sahiblərindən biri Rusiyanın United Capital Partners qrupu olan “Kesani Enterprises” investisiya konsorsiumuna məxsusdur. İndi Aİ-nin sanksiyaları səbəbindən Nayara Aİ ölkələrinə benzin və dizel yanacağı ixrac edə bilməyəcək.

Bloomberg-in məlumatına görə, Rusiya şirkəti sanksiyalara görə gəlir əldə edə bilmədiyi üçün Hindistandakı müəssisəsini tərk etməyə çalışır. Bundan əlavə, rupi konvertasiya olunmayan valyutadır və Hindistan kapitalın ölkədən çıxarılmasını məhdudlaşdırır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR