İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna TŞ-nın katibi: “Bir neçə həftə ərzində “Leopard” tankları bizdə olacaq”

“Bir neçə həftə ərzində “Leopard” tankları bizdə olacaq”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.

O bildirib ki, proses sürətlə gedəcək.

Qeyd edək ki, daha əvvəl Polşa Ukraynaya “Leopard”ları verməyə hazır olduğunu açıqlamışdı.

Xatırladaq ki, yanvarın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski Lvovda Polşa və Litva liderləri Anjey Duda və Gitanas Nauseda ilə görüşüb. Dövlət başçıları Lyublin üçbucağının prezidentlərinin birgə bəyannaməsini imzalayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR