İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndiririk

Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir.

"Report"un məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tacikistana işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir:

“Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub. Bu münasibətlərin yaranmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun xüsusi rolu var”.

Spiker Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmonun qarşılıqlı səfərlərini qeyd edib.

S.Qafarova vurğulayıb ki, bu təmaslar zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar, imzalanmış çoxsaylı sənədlər ikitərəfli əməkdaşlığın bütün sahələrində fəal qarşılıqlı fəaliyyətin inkişafına güclü təkan verib:

“Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə ölkələrimiz arasında münasibətləri keyfiyyətcə tamamilə yeni səviyyəyə qaldırıb. Ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Biz parlamentarilər xalqımızı təmsil edirik, işimiz isə onun iradəsini əks etdirir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR