İnsanlara hürriyət, millətlərə istiqlal!

"COP29 uğur hekayəsinə çevriləcək" -ÖZƏL

 

“Adətən iqlim müzakirələrində nəticələr son ana qədər bəlli olmur. Görünən nəticələri demək də hər zaman doğru olmaya bilir. Bu, həssas siyasi proseslərdir, konfidensiallıq da vacibdir. Danışıqların gedişatına təsiredici və tərəflər xaricinə hər hansı bir faktor işə qarışmamalıdır”.

Bu fikirləri Musavat.com-a özəl açıqlamasında Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

O bildirib ki, prezidentlik olaraq gündəlikdə əsas mövzu iqlim maliyyəsidir:

 "Bu proses müəyyən edilmiş prezidentlik bizə keçdiyi andan etibarən başlayıb. O zamandan tərəflər arasındakı uzlaşma artır, məsafə isə azalır. Paris sazişinin 6-cı maddəsi mövzusunda da yaxşı xəbərlər gəlir. Ən azından müəyyən addımların atıldığını görürük. Məqsədimiz 6-cı maddənin fəaliyyətə başlaması üçün əsas yaratmaqdır. Eyni zamanda bir çox iş proqramları var. İqlim danışıqları prosesi uzun çəkir, nəticələr isə mərhələ-mərhələ əldə edilir. Hər şey planlaşdırılıb. Komandamız tərəfindən müəyyən strategiya qurulub, strateji hədəflər qoyulub. Bu çərçivədə fəaliyyətin uğurla davam etdiyini düşünürəm. Əsas nəticə noyabrda bəlli olacaq. Nəticənin uğur hekayəsinə çevrilməsi üçün işlərin indiki sürəti kifayət qədər yüksəkdir".

Elnur Soltanov konsensusun əldə olunmasının əhəmiyyətini vurğulayıb:

"COP müzakirələrində iki əsas xətt var. Danışıqlar və müzakirələr xəttində mütləq konsensus olmalıdır. Tərəflərdən hər birinin "hə" deməsinə ehtiyac yoxdur, amma heç biri "yox" deməməlidir. Buna yerində qərar verilir. Daha sonra qərar üçün imkan verilməz. Noyabrın 22-də veriləcək qərar yekundur, xüsusi ratifikasiyaya ehtiyac yoxdur. Paralel olaraq prezidentliyin fəaliyyət gündəliyi var. Orada konsensusun əhəmiyyəti yoxdur. Daha demokratik olsa da, daha yavaşdır və hər zaman effektiv olmur. Kompensasiyaedici və dəstəkverici faktor olaraq biz fəaliyyət gündəliyini təqdim etmişik ki, bu konsensusa ehtiyac olmaması halında daha sürətli və effektiv qərarların verilməsinə zəmin yaradır. Bu iki xətt bir-birinə paralel şəkildə yekunda COP29-u uğur hekayəsinə çevirəcək".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR