İnsanlara hürriyət, millətlərə istiqlal!

Cennifer Sara: "Dünya Bankı bu il maliyyəsinin 45 %-ni iqlim dəyişikliyi ilə mübarizəyə ayıracaq"

Dünya Bankı bu il illik maliyyəsinin 45 %-nin iqlim dəyişikliyi ilə mübarizəyə ayrılması ilə bağlı iddialı plan həyata keçirir.

"Report" xəbər verir ki, bunu Dünya Bankı Qrupunun iqlim dəyişikliyi üzrə qlobal direktoru Cennifer Sara Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

"Beynəlxalq maliyyə arxitekturasında islahatlarla bağlı çağırışlara gəlincə, Dünya Bankı bu işə öz töhfəsini verir. 2023-cü ildə iqlimlə bağlı proqramların maliyyələşdirilməsinə rekord məbləğdə - 42,6 milyard ABŞ dolları ayırmışıq", - o qeyd edib.

C.Saranın sözlərinə görə, ötən il Dubayda keçirilən COP28-də Dünya Bankı illik maliyyəsinin 45 %-nin iqlim dəyişikliyi ilə mübarizəyə ayrılması ilə bağlı yeni iddialı plan elan edib və onu cari maliyyə ilində həyata keçirir.

"Biz bu maliyyəni iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və uyğunlaşma arasında bərabər şəkildə bölüşdürəcəyik", – o qeyd edib.

Qlobal direktor əlavə edib ki, Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) maliyyə potensialı bu il və gələn il 30 milyard ABŞ dolları səviyyəsində qalır.

"IDA-yə daxil olan hər bir dollar üç-dörd dəfə çoxalır ki, bu da onu aşağı gəlirli ölkələrdə uyğunlaşma və dayanıqlığın artırılması üçün ən böyük maliyyə təminatçısı edir. Bundan başqa, IDA inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi razılaşmalara malikdir", - C.Sara bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR