İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə 4 ölkənin poladına antidempinq rüsumları tətbiq edib

Türkiyə Rusiya, Çin, Hindistan və Yaponiyanın əsas istehsalçılarından əridilmiş yastı polad idxalına antidempinq rüsumları tətbiq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi müvafiq əməliyyatları təhlil etdiyini və qiymətlərin yerli sənayenin və istehsalçıların maraqlarına zərər verdiyi qənaətinə gəldiyini bildirib.

Nazirlik tərəfindən təqdim edilən və rəsmi hökumət qəzetində dərc edilən tədbirlər, demək olar ki, bütün isti əridilmiş polad çeşidinə aiddir. Rusiyaya münasibətdə Magnitogorsk və Novolipetsk poladəritmə zavodlarından, digər istehsalçılardan polad idxalına əlavə tariflər tətbiq ediləcək.

Yaponiyadan bütün ixracatçılara 9% əlavə antidempinq rüsumu tətbiq edilir. Hindistanın “Tata” poladı üçün 6,1% rüsum tətbiq edilir. Ən böyük tariflər Çindən gələn, demək olar ki, onlarla əsas polad istehsalçısına tətbiq edilib. Onların məhsullarının idxalına 15,42%-dən 43,3%-ə qədər əlavə antidempinq rüsumları tətbiq olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR