İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna təhlükəsizlik xidməti məşhur deputatı axtarışa verdi – Azərbaycana da buraxılmamışdı

Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Dumasının deputatı, sabiq boksçu Nikolay Valuyevi axtarışa verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin bazasında əksini tapıb.

Məlumata görə, Valuyev 2022-ci ildə Xmelnitski vilayəti üzrə SBU xətti ilə beynəlxalq axtarışa çıxarılıb. Ona Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı üzrə iş açılıb və ağır nəticələrə səbəb olan fəaliyyətinə görə barəsində cinayət işi qaldırılıb.

Valuyevin adı həmçinin Ukraynanın məşhur “Mirotvorets” saytında da yer alır. Qeyd edək ki, bu ilin fevralında o, anti-Azərbaycan bəyanatlarına görə Azərbaycana da girişdən məhrum edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR