İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın Qafqaz limanını vurdu - 101 nəfər...

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qafqaz limanında yanacaq çənləri olan dəmir yolu bərəsinə dronla zərbə endirib. Nəticədə yanacaq çənləri alovlanıb, bərə batıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bərə ekipajı üzvlərinin sayı, mümkün ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin hücumu Moskva vaxtı ilə saat 16:30-da baş verib. Hücum edilən bərədə 30 yanacaq çəni olub. Yanğın başlayandan az sonra bərədəki yanğına 3 nömrəli çətinlik dərəcəsi verilib. Kuban operativ qərargahının məlumatına görə, bərə zədə səbəbindən batıb.

Hadisə yerində 12 yanğınsöndürmə briqadası, 3 SSMP briqadası, Temryuk rayonunun ACC xilasediciləri, Kuban-Spas xilasediciləri işləyir, həmçinin ora yanğınsöndürən qatar göndərilib. Fövqəladə Hallar Nazirliyinin 43 nəfəri, 13 texnikası olmaqla, hadisə yerinə ümumilikdə 101 nəfər və 34 texnika cəlb olunub.

Qeyd edək ki, Qafqaz Rusiyanın Qara dəniz-Azov hövzəsində Novorossiyskdən sonra ikinci böyük limanıdır.

@@TVmusavat/93676@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR