İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın dərinliklərinə ZƏRBƏLƏR ENDİRDİ: Yeni görüntülər YAYILDI - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə cəbhədəki vəziyyət və Rusiyanın dərinliklərinə endirilən uzaqmənzilli zərbələr müzakirə olunub.

Dövlət başçısı bu barədə məlumatı özünün “Telegram” kanalında paylaşıb.

Zelenski bildirib ki, əsas diqqət Rusiya ordusunun ən çox itki verdiyi və hücumlarını cəmləşdirdiyi Pokrovski istiqamətinə yönəlib.

Onun sözlərinə görə, 2025-ci ilin ilk səkkiz ayında Rusiya 290 mindən çox hərbçisini (ölü və ağır yaralı olmaqla) itirib. Ən ağır itkilər isə Donetsk bölgəsində qeydə alınıb.

Prezident əlavə edib ki, Zaporojya istiqaməti, eləcə də Sumı və Xarkov vilayətlərinin sərhədyanı ərazilərindəki vəziyyət də müzakirə olunub.

“Ukraynanın müdafiəsinin tələb etdiyi kimi hərəkət etməyə davam edəcəyik. Qüvvələr və vasitələr hazırdır. Yeni diplomatik zərbələr planlaşdırılır”, – Zelenski vurğulayıb.

Bu arada Ukrayna mediasında “Flamingo” tipli raketlərin buraxılışını əks etdirən kadrlar yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR