Onlayn ictimai-siyasi qəzet
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Cinayət işi çərçivəsində Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışları yasaqlanıb.
Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyeva artıq ölkədən kənara çıxa bilmirlər. Bundan başqa, Mehdiyevin kürəkəni - sabiq deputat İlham Əliyev barəsində də ölkədən çıxışa qadağa qərarı qüvvədədir.
Məlumata görə, istintaq çərçivəsində artıq təkcə Ramiz Mehdiyev deyil, onun ailə üzvlərindən Qalina Mehdiyeva da dindirilib. Bu fakt Mehdiyevlərin cinayət işi üzrə yalnız ailə üzvü kimi deyil, potensial iştirakçı və ya məlumat daşıyıcıları kimi dəyərləndirildiyini göstərir.
Bu baxımdan Qalina Mehdiyevanın ifadəsi xüsusilə Ramiz Mehdiyevin yaxın ətrafı və maliyyə əməliyyatlarına aydınlıq gətirə bilər.
Mehdiyevlərin adı illərlə dövlət əmlakının, sahibkarların mal-mülkünün mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, qohumbazlıq yolu ilə kadr təyinatları və gizli maliyyə axınlarının idarə edilməsi kimi məsələlərdə hallanıb. Mehdiyev imperiyası dağılma prosesinin son mərhələsini yaşayır. Gələn məlumatlar Ramiz Mehdiyevin siyasi taleyi ilə yanaşı, onun ailəsinin də hüquqi məsuliyyət daşıya biləcəyi ehtimalını gündəmə gətirib.
İstintaq davam edir.
E.MƏMMƏDƏLİYEV
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ