İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkoziyə bir ağır zərbə: Cəzasını təkadamlıq kamerada çəkəcək

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 illik həbs cəzasını Parisdəki Sante həbsxanasında çəkəcək.

Musavat.com xəbər verir ki, məlumatı BFMTV mənbələrə istinadən yayıb. Siyasətçi cəzasını oktyabrın 21-dən çəkməyə başlayacaq. Telekanal qeyd edib ki, “Sarkozi Sante həbsxanasında təkadamlıq kamerada saxlanılacaq”.

Sentyabrın 25-də Fransa məhkəməsi Sarkozini 2007-ci il seçki kampaniyası ilə əlaqədar 5 il həbs cəzasına məhkum edib. O, seçki kampaniyasına 43 milyon avro xərcləmişdi ki, bu da qanuni limitdən təxminən iki dəfə çoxdur. İstintaq 10 ildən çox davam etdi. Onun vəsaitin bir hissəsini keçmiş Liviya rəhbəri Müəmmar Qəddafidən aldığı sübuta yetirilib.

Sarkozi belə sərt hökmü onu alçaltmaq cəhdi hesab edib. O,  vurğulayıb ki, məhkəmə sistemi dünyanın gözü qarşısında Fransanı “alçaldıb”.

Parisdə yeganə həbsxana olan Sentedə həssas şəxslər üçün xüsusi kameralar var. Keçmiş siyasətçinin yaşı (70) və şöhrəti səbəbindən ora yerləşdiriləcəyi güman edilirdi. Lakin televiziya kanalının məlumatına görə, bu baş verməyəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR