İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya Rusiya ilə münasibətlərə yenidən baxır - Nazir

Suriya Rusiya ilə əvvəlki hakimiyyət dövründə bağlanmış müqavilələrə, o cümlədən Rusiya hərbi bazalarına dair razılaşmalara yenidən baxılmasını müzakirə edir.

Musavat.com xəbər verir ki, bunu Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd əl-Şeybani “Əl-İxbariya” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, yeni sazişlər hələ imzalanmayıb.

Şeybani bildirib ki, “Rusiya ilə münasibətlərin tədricən başlanır” və hazırda ölkələr arasında “etibarlı razılaşmalar” yoxdur: "Əvvəlki rejimlə razılaşmalar var idi və təbii ki, biz onları qəbul etmədik, onlar dayandırıldı. İndiyə kimi biz hələ yeni razılaşma əldə etməmişik. Rusiya bazaları və onların rolunun yenidən nəzərdən keçirilməsi hazırda danışıqların mövzusudur".

XİN rəhbəri vurğulayıb ki, "hazırkı şəraitdə onların mövcudluğunu dayandırılmış adlandırmaq olar" və "əgər qalarsa Rusiyanın mövcudluğunun necə olacağına" qərar vermək lazımdır.

Əl-Şeybaninin sözlərinə görə, bu məsələlər Moskvada Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə Vladimir Putin arasında danışıqlar masasında olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR