İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qadınların 60 faizi ilk görüşdə yaxınlığa razıdır – NƏTİCƏLƏR VƏ SƏBƏBLƏR

Mamba tanışlıq platforması Rusiyada aparılan geniş sorğunun nəticələrini açıqlayıb.

Musavat.com xəbər verir ki, nəticələrə görə, kişilərin 81 faizi, qadınların isə 60 faizi ilk görüşdən sonra yaxınlığa və ya cinsi münasibətə müsbət yanaşır.

Sorğuya əsasən, kişiləri bu qərara gətirən əsas səbəblər güclü fiziki cazibə (23%) və qarşı tərəfin cəlbediciliyi ilə davranışı (23%) olub. Qadınlar isə daha çox emosional təhlükəsizlik (26%), etibar (25%) və kişinin ciddi niyyətləri (15%) kimi amilləri önə çəkiblər.

Kişilərin yarısı - 50 faizi - ilk görüşdə intim eyhamları “adi hal” kimi qəbul edir. Qadınların isə 51 faizi hesab edir ki, belə təkliflə çıxış edən kişi ciddi münasibət istəmir.

Maraqlıdır ki, kişilərin 49 faizi bu cür tanışlığın ciddi münasibətə çevrilə biləcəyini düşünür, qadınların yalnız 10 faizi bu fikirlə razıdır. Qadınların 28 faizi erkən yaxınlığın münasibətə mənfi təsir edəcəyini, 22 faizi isə bunun “hər şeyi poza biləcəyini” bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR