İnsanlara hürriyət, millətlərə istiqlal!

Kritik vəziyyət: Ruslar qənaət rejiminə keçir - Statistika

Rus analitiklər bildirir ki, 2025-ci ilin ilk yarısında rusiyalıların mağazalardakı xərclərinin artım tempi iki dəfə azalıb — 13–14 faizdən 6 faizə düşüb.

Ən ciddi tənəzzül qeyri-ərzaq məhsullarına tələbdə müşahidə olunur: bu kateqoriyada dövriyyə cəmi 2 faiz artıb, bu da 2024-cü ilin göstəricisindən təxminən altı dəfə aşağıdır.

Musavat.com-un məlumatına görə, ərzaq satışlarında da dinamika zəifləyib — artım tempi 6–8 faizdən 2 faizə enib. Eyni zamanda, azad pullarını yığım üçün saxlayanların payı 56 faizə çatıb.

Analitiklər hesab edirlər ki, bu azalmanın əsas səbəbi inflyasiyanın artması, əhalinin real gəlirlərinin azalması və gələcəyə olan inamın zəifləməsidir. Əhali bahalaşma və qeyri-sabit iqtisadi mühit fonunda xərclərini minimuma endirərək ehtiyat rejiminə keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR