Onlayn ictimai-siyasi qəzet
Dünyada ən çox milyarder yetişdirən universitetlərin yeni reytinqi açıqlanıb.
Musavat.com xəbər verir ki, siyahının lideri ABŞ-ın Harvard Universiteti olub.
Bu nüfuzlu ali məktəbin 104 məzunu milyarderdir və onların ümumi sərvəti 600 milyard dollardan çoxdur.
Reytinq yalnız təhsilini tamamlamış məzunlar arasında aparılıb - yəni Bill Qeyts və Mark Zukerberq kimi təhsilini yarımçıq qoyanlar siyahıya daxil edilməyib.
İkinci yerdə Stenford Universiteti qərarlaşıb - onun 69 məzunu milyarderdir. Üçüncü pillədə isə Pensilvaniya Universiteti (38 milyarder) yer alıb.
Ən maraqlı məqam isə siyahıya yeganə rus universitetinin - Moskva Dövlət Universitetinin (MDU) düşməsidir. O, 15-ci yeri tutub və bu ali təhsil müəssisəsinin 13 məzunu milyarderdir.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ