İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanı ALOVLARA qərq etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətində yanacaq anbarına zərbə endirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı Belqorodun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yayıb.

Məlumatdan aydın olur ki, Ukraynanın zərbəsi uğurlu olub: anbarda bir neçə yanacaq rezervuarında yanğın başlayıb.

Bundan əlavə, Ukraynanın dron zərbələri ilə yanğın və detonasiya başlayan Voronej yaxınlığındakı silah anbarında partlayışlar hələ də davam edir. Yaxınlıqdakı yaşayış məntələrinin əhalisi evakuasiya olunub.

Xatırladaq ki, avqustda Ukraynanın zərbə endirdiyi Rostov vilayətinin Proletarsk şəhəri yaxınlığındakı böyük yanacaq anbarındakı yanğın 17 gündən sonra – sentyabrın 2-də söndürülüb. Anbarda olan 72 yanacaq çəninin demək olar ki, hamısı partlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR