Onlayn ictimai-siyasi qəzet
Ukrayna bu gecə təşkil etdiyi dron hücumu zamanı Rusiyanın Tambov vilayətindəki neft bazasında yanğın baş verib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Tambov vilayətinin başçısı Maksim Yeqorov Teleqram kanalında itki olmadığını yazıb.
Neft anbarı Tambov vilayətinin Miçurin şəhəri ərazisində yerləşir.
Yeqorovun sözlərinə görə, dərhal hadisə yerinə gələn 11 yanğınsöndürmə briqadası söndürmə işlərinə cəlb olunub. O qeyd edib ki, ən yaxın məskunlaşan ərazi 3 km məsafədədir və lazım gələrsə, sakinlər təxliyə olunacaq.
“Bunun üçün hər şey hazırdır”, - deyə rayon rəhbəri əlavə edib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ