İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya ilə strateji raket sistemlərinin saxlanmasına dair sazişdən çıxıb

Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə Rusiya ilə strateji raket sistemlərinin zəmanətli xidmət haqqında müqaviləni ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısının aparatının saytında məlumat verilib.

Strateji raket sistemlərinin zəmanətli xidməti haqqında saziş 1993-cü il sentyabrın 3-də Rusiya və Ukrayna hökumət başçıları Viktor Çernomırdin və Leonid Kuçma tərəfindən Yaltanın Massandre şəhərində imzalanmış və Massandra müqavilələri adlanan dörd sənəddən biri idi. Sənədlər həmçinin keçmiş SSRİ-nin Qara dəniz donanmasının bölünməsi və Ukrayna ərazisində yerləşən nüvə silahlarının utilizasiyası problemlərinin həllini də ehtiva edirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR